"Qalatasaray"ın futbol direktoru Cenk Ergün Arda Turan transferinin baş tutmamasının səbəbini açıqlayıb. Fanat.Az xəbər verir ki, klub rəsmisi bununla bağlı "A Spor"a danışıb.Arda Turanın yenidən "Qalatasaray" forması geyinmək istədiyini bildirən Cenk Ergün "Arda mənə "Bir gün mütləq "Qalatasaray" forması geyinmək istəyirəm" dedi. Bu transfer "Barselona", "Qalatasaray" və Ardanın istəkləri bir araya gələcəyi halda gerçəkləşə bilərdi. Təəssüf ki, bu dəfə belə olmadı" deyib.
Fanat.Az