Milli komandaların oyunlarına görə Premyer Liqada yaranımış fasilə başa çatıb və IV tura start verilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun ilk oyununda "İnter" "Kəpəz"i qəbul edib. "İnter Arena"da keçirilən qarşılaşmada vurulan 5 qolun hamısı ilk yarıda qeydə alınıb. Hesabı 5-ci dəqiqədə Fuad Bayramov açıb. 21-ci dəqiqədə meydan sahiblərindən Adrian Skarlatake fərqlənib. 32-ci dəqiqədə Aqşin Quluzadə "İnter"in üstünlüyünü 3 topa çatdırıb. Bundan sonra ayılan "Kəpəz" ardıcıl iki qol vurub. 36-cı dəqiqədə Şəhriyar Əliyev gəncəliləri sevindirib. Bir dəqiqə sonra isə Şahin Diniyevin oğlu Kərim Diniyev 65 metrdən vurduğu gözəl qolla fərqi minimuma endirib. Lakin "Kəpəz"in bundan artığına gücü çatmayıb və matç "İnter"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün ikinci matçında "Qəbələ" "Zirə"ni qəbul edib. Meydan sahibləri ötən tur "Qarabağ"a uduzmuşdusa, qonaqlar maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edirdi. Oyunda iki qol vurulub. 74-cü dəqiqədə fərqlənən Viktor Ibekoyi "Zirə"ni hesabda önə keçirib. 90+2-ci dəqiqədə isə Cavid Hüseynov penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.
Xal itkisinə rəğmən "Zirə" vahid liderə çevirilib. Buna səbəb "Qarabağ"ın "Səbail"lə oyununun təxirə salınması olub. Hazırda "Zirə"nin 10, "Qarabağ"ın 9 zalı var. "Qəbələ" isə 7 xalla üçüncü pilləni tutur.
Qeyd edək ki, "Səbail" - "Qarabağ" oyunu dekabrın 8-də keçiriləcək.
Premyer Liqa
2017/18 mövsümü
I dövrə, IV tur
9 sentyabr
İnter - Kəpəz 3:2
Qol: Fuad Bayramov, 5. Adrian Skarlatake, 21. Aqşin Quluzadə, 32 - Şəhriyar Əliyev, 36. Kərim Diniyev, 37.
İnter: 1. Orxan Sadıqlı, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Mirsahib Abbasov, 8. Nizami Hacıyev (k), 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 20. Aqşin Quluzadə, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 6. Samir Zərgərov, 19. Mirhüseyn Seyidov, 65. Cabir Əmirli, 66. Murad Qayalı, 88. Məmməd Quliyev.
Baş məşqçi: Zaur Svanadze.
Kəpəz: 1. Davud Kərimi, 21. Novruz Məmmədov, 4. Şəhriyar Əliyev, 3. Dedimar Fereyra, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 16. Azər Məmmədov, 12. İlyas Səfərzadə, 10. Tural Rzayev, 20. Samba Dialo, 8. Viktor Oseqeyl.
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 15. Azad Kərimov, 6. Ceyhun Cavadov, 11. Kamran Abdullazadə, 7. Sergey Çernışev, 18. Tural Cəlilov, 14. Fərid Məmmədov, 2. Yusif Cəfərov.
Baş məşqçi: Şahin Diniyev.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. "İnter Arena”.
Qəbələ - Zirə 1:1
Qollar: Cavid Hüseynov, 90+2 - Viktor İbekoyi, 74.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Malone, 17. Roman Hüseynov, 19. Filip Ozobiç, 28. Stiven Jozef-Monroz, 34. Urfan Abbasov, 88. Tellur Mütəllimov.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 12. Endi Hallidey, 21. Deyv Bultuis, 70. Ülvi İsgəndərov, 45. Famussa Kone.
Baş məşqçi: Roman Qriqorçuk.
Zirə: 1. Anar Nəzirov (k), 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 8. Milan Duriç, 9. David Manqa, 14. Qabriel Matey, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 39. Sadiq Quliyev, 43. Riçard Qadze, 87. Müşfiq İlyasov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 10. Orxan Əliyev, 11. Viktor İbekoyi, 13. Aleksandr Şemonayev, 17.Vüsal İsgəndərli, 19. Elgün Nəbiyev, 20. Camal Camalov, 38. İlkin Muradov, 99. Nicat Qurbanov.
Baş məşqçi: Ayxan Abbasov.
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Vüsal Əliyev.
Qəbələ şəhər stadionu.
1. Zirə43109-3 10
2. Qarabağ33006-2 9
3. Qəbələ42115-4 7
4. İnter42025-5 6
5. Sumqayıt31023-5 3
6 Səbail31022-3 3
7. Neftçi30121-4 1
8. Kəpəz40133-8 1
Bombardir: Mahir Mədətov (Qarabağ) - 3.
Fanat.Az