Gənclər Liqasında qrup mərhələsinin ilk turunun təyinatları açıqlanıb. Fanat.Az xəbər verir ki, ilk dəfə bu yarışda iştirak edən “Qarabağ”ın U-19 komandasının oyunu irlandiyalı hakimlərə tapşırılıb.
Sabah keçiriləcək görüşün baş hakimi Robert Hennessi olacaq. Üç irlandiyalı hakimlə yanaşı, yerli ədalət təmsilçisi də meydana çıxacaq. Belə ki, qaydalara əsasən dördüncü hakim funksiyası meydan sahibi olan ölkəni təmsil edir.
Gənclər Liqası
Çempionlar Liqası yolu
C qrupu, I tur
12 sentyabr
16:05. “Çelsi” – “Qarabağ”
Baş hakim: Robert Hennessi
Baş hakimin köməkçiləri: Darraq Kiqan , Darren Keri (hamısı İrlandiya)
Dördüncü hakim: Con Basbi (İngiltərə)
UEFA nümayəndəsi: Bert Andersson (İsveç)
Hakim-inspektor: Peter Cons (İngiltərə)
Surray. “Çelsi”nin Kobhem təlim-məşq bazası
Fanat.Az