23:23 22.01.2015 491

Toni Adams yenidən "Qəbələ"də

“Qəbələ” İdman Klubunda yeni təyinat rəsmiləşib. Fanat.az xəbər verir ki, uzun müddətdir klubda çalışan İngiltərə futbolunun əfsanəsi Toni Adams yeni vəzifəyə təyin olunub.


Böyük britaniyalı futbol veteranı bundan sonra “Qəbələ”nin futbol direktoru kimi fəaliyyət göstərəcək. İngiltərə millisində və “Arsenal”dakı çıxışları ilə məşhurlaşan Adams bunadək klubda iki fərqli vəzifədə çalışmışdı. 2010-cu ilin yayında Azərbaycandakı fəaliyyətinə baş məşqçi kimi başlayan ingiltərəli 2011-ci ilin noyabrınadək “qırmızı-qaralar”ın “sükanı arxasında” olub. Bu müddətdə komandanı 47 rəsmi matça çıxaran Adams 2012-ci ilin aprelindən futbol direktoru təyin olunanadək “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərovun müşaviri vəzifəsində fəaliyyət göstərib. Mütəxəssis yeni təyinatı ilə bağlı fikirlərini klub saytına açıqlayıb:


“Qəbələ”yə baş məşqçi kimi gələndə bir müddət çalışıb komandanı müəyyən mərhələyə qədər inkişaf etdirdik. Həmin vaxt diqqətimi əsasən klubun meydançada və ondan kənardakı sahəsində inkişafına yönəltmişdim. Ardınca işimdən ayrılsam da, bir müddət sonra klubun prezidenti məni dəvət edib, özünün müşaviri vəzifəsinə təyin etdi. Bu müddətdə həm əsas komandanın oyunlarını, akademiyanın fəaliyyətini izləyir, onların inkişaf proqramı haqda fikirlərimi klub rəhbərinə hesabat şəklində təqdim edirdim. Müşavir vəzifəsindən futbol direktorluğuna keçmək, təbii ki, komandayla daha sıx əlaqədə olmaq, akademiyanın işini meydançada görmək, infrastrukturu inkişaf etdirmək mənasına gəlir. Əvvəl daha çox məsləhətçi qismində çalışırdımsa, indi öz təcrübəmi bölüşməklə yanaşı, görülən işlərə görə həm də məsuliyyət daşıyıram. “Qəbələ”yə, Azərbaycana qayıtmaq mənim üçün çox xoş oldu. Əminəm ki, klubun inkişafına kömək edə biləcəyəm”.


Adams yeni vəzifəsindəki ilk günlərindən danışıb: “Bu gün artıq nəticələri görməyin vaxtıdır. Çünki arxada qalan müddətdə böyük dəyişikliklərin olduğunu hiss edirəm. İndi komandaya Roman Qriqorçuk kimi yüksək səviyyəli baş məşqçi dəvət olunub. Onun baş məşqçi təyin olunması əla seçim idi. Hazırkı dövrdə yeni baş məşqçi ilə birgə çalışıb, ona dəstək olacağam. Qriqorçukun keçdiyi məşq proseslərini izləmişəm. Ukraynalı mütəxəssis komandanı yüksək səviyyədə hazırlayır. Antalya toplanışında mənim əsas işim məşqçiyə dəstək olmaq, komandanın inkişafına kömək etməkdir. Nəticəni isə mövsümün sonunda görəcəyik. Sözsüz ki, klubun əvəzedici heyətinin və futbol akademiyasının da işini diqqətdə saxlayıram”.


Adams mövsümün ikinci yarısına hazırlaşan “qırmızı-qaralar”ın avrokubok şanslarını dəyərləndirib: "Məncə, mövsümün sonunda avrokuboklara vəsiqə qazanacağıq. Belə bir məşqçi ilə komanda liderlər sırasında olmalı, ilk 4 pillədən birini tutmalıdır. Çempionatda sona qədər mübarizə aparacağıq, kifayət qədər ciddi rəqiblərimiz var. Amma bizim də yaxşı heyətimiz var. Qriqorçuk kimi baş məşqçi ilə avrokuboklardan kənar qalmağımız da inandırıcı gəlmir”.


“Qəbələ”nin futbol direktoru qeyd edib ki, yeni məşqçilər korpusu ilə birlikdə klubda bir sıra addımlar atacaqlar: “Heyətlə bağlı çalışmalarda olduqca diqqətli davranmalıyıq. Seleksiya işində səhvə yol vermək olmaz. Toplanış başa çatdıqdan sonra növbəti mövsüm üçün oyunçu seçiminə başlayacağıq və bu proses may ayına qədər davam edəcək. Qriqorçukla birlikdə çalışıb, komandanı irəli apara bilərik. “Qəbələ”də struktur, gənclərlə, əsas komandayla iş, bir sözlə hər şey yüksək səviyyədədir. Klubun prezidenti, vitse-prezidenti, baş meneceri və mən hamımız birgə baş məşqçiyə dəstək olmalıyıq. Təbii ki, klubda meydançadan kənar fəaliyyətlərlə də məşğul olacağıq. Klubun bütün departamentləri ilə birgə işləyəcəyik. Fikrimcə, hazırda klubun növbəti inkişaf mərhələsinə qədəm qoyuruq və hazırki kollektivlə bərabər bizi uğurlu bir dönəm gözləyir”.


Qeyd edək ki, “Qəbələ”yə qədər vətənində “Uikomb” və “Portsmut” klublarını çalışdıran Adams zəngin futbolçu karyerası ilə tanınıb. 49 yaşlı veteran karyerası ərzində yalnız bir klubun - “Arsenal”ın formasını geyib və 500-dən artıq matç keçirdiyi komandada 14 il kapitan olan müdafiəçi İngiltərə yığmasının formasında 66 oyuna çıxıb.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

Facebookdan bizi izləməyi unutmayın.
X