İkinci yarının hazırlıqlarını davam etdirən "Sumqayıt" bu gün növbəti yoхlama oyununu keçirib. Fanat.az хəbər verir ki, baş məşqçi Aqil Məmmədov yetirmələrini I divizion təmsilçisi "Zirə" ilə oyunda sınayıb.
Matç "Kapital bank Arena"da baş tutub. "Sumqatıt" 4:0 hesablı qələbə qazanıb. Qollara Tofiq Mikayılov, Slavik Alxasov, Orxan Məmmədov və Pərdis Fərcad-Azad imza atıb.
Qeyd edək ki, "Sumqayıt" qış fasiləsində 3 oyun keçirib. "Bakı"ya 5:1 hesabı ilə qalib gələn gənclik şəhəri təmsilçisi AZAL-la bir oyunda "sülh" bağlayıb (0:0), bir matçda uduzub (0:1).
Yoхlam oyunu
23 yanvar
Sumqayıt - Zirə 4:0
Qollar: Tofiq Mikayılov, Slavik Alxasov, Orxan Məmmədov, Pərdis Fərcad-Azad.
"Kapital Bank Arena".
Fanat.az