Madrid “Real”ının rəhbərliyi Marseloyla bağlı qərar verib. Fanat.Az "Marka"ya istinadən xəbər verir ki, müdafiəçinin müqaviləsinin müddəti uzadılıb.
Braziliyalı 2022-ci ilə qədər ağ futbolkanı daşıyacaq. Anlaşmanın digər detalları açıqlanmayıb. 29 yaşlı cənubi amerikalının sabah mətbuat konfransı keçirəcəyi isə dəqiqdi.
Qeyd edək ki, Marselo 2007-ci ildən “Real”da top qovur.
Fanat.Az