18:25 15.09.2017 879

Tərlan Əhmədovdan "qruplaşma" eyhamı: "Legionerlər bir, yerlilər bir qrupdu"

“Neftçi”nin yeni baş məşqçisi Tərlan Əhmədov bu gün mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis KİV nümayəndələrinin suallarını cavablandırıb.

 

- Elxan Abdullayevdən qalan komandanın durumu necədi?

- Elxan Abdullayevə təşəkkür edirəm. Uğursuzluq olanda ilk növbədə, baş məşqçi məsuliyyəti üzərinə götürür. Komandada çatışmazlıq həddindən artıqdı. Futbolçulara özünəinamının qayıtması əsas məsələdi. Onlarda bir-birlərinə qarşı qəbul etməmək hissi var. Bunun nə ilə bağlı olduğunu araşdırıram. Sanki legionerlər bir, yerlilər bir qrupdu. Bunu dəyişəcəm. Cüzi də olsa, addım atmışıq. Amma köklü dəyişikliklər etmək üçün vaxta ehtiyac var. Fiziki durumun həddindən artıq pis vəziyyətdə olduğunu deməzdim.

 

- Bu vəzifəyə gələndən sonra Elxan Abdullayevlə danışığınız oldu?

- Üç dəfə cəhd etdim, amma telefonuna zəng çatmadı. Yəqin ki, onunla qarşıdakı matçdan sonra danışarıq. Halallığını alacam.

 

- Fiziki hazırlıq üzrə məşqçi Andrey Kolesnikov komandadan göndərmək istəyiniz nə ilə bağlıdı? Buna səbəb vaxtı ilə AZAL-da sizin yanınızdan ayrılıb “Neftçi”yə keçməsidi?

- Həyatda kin saxlayan insan deyiləm. Mənim üçün işçinin, futbolçunun fərqi yoxdu. Arada inciklik ola bilər. Burda bir məqam var. “Neftçi” Azərbaycan futbolunun tarixidi. Biz Qız Qalası və Şirvanşahlar Sarayına tariximiz kimi baxırıqsa, “Neftçi” də elədi. Andrey Kolesnikov bir müddət “İnter”də işləyib, ardınca “Şaxtyor”un uşaq komandasında, sonra isə AZAL-da. Qərara aldım ki, daha səviyyəli fiziki hazırlıq məşqçisi dəvət edilsin. “Neftçi”nin fiziki cəhətdən probleminin olmasını istəmirəm. Yaxın günlərdə dəyişiklik edəcəm. Amma Kolesnikov hələ mənimlə birgədi. Büdcəmizə və məşqçinin iş təcrübəsinə uyğun hərəkət edəcəyik.

 

- AZAL-dan sonra “Neftçi”nin büdcəsi sizi qane edirmi?

- Yerlə göy qədər fərq var. AZAL-da birinci il normal idi. Çalışdıq ki, sonra da bu komandanı ayaqda saxlayaq. Məni büdcə maraqlandırmır. Mənim tələbim tamamilə başqadı. Nə qədər qardaşlıq ünsiyyəti yaratsam da, bir o qədər sərt qərarlarım var. Elə şey var ki, bağışlayıram. Amma işdə məsuliyyətsizlik olanda məndə o qədər insaf yoxdu.

 

- Adınız U-21 millisi ilə də birgə hallanırdı. Belə bir təklif almışdız?

- Xeyr, elə bir təklif gəlməyib. O məsələ, ümumiyyətlə, gündəmdə olmayıb. Sadəcə, mətbuatda oxumuşam.

 

- “Neftçi”də müdafiə xəttinin durumu sizi qane edirmi?

- Məğlubiyyətdə təkcə müdafiəçilər pay sahibi olmurlar, bütün komanda məsuliyyət daşıyır. Müdafiə ilk növbədə, hücumdan başlayır. İnamsızlıq qlobal problemləri üzə çıxarır. Dörd gündür komandanın bütün oyunlarının disklərinə baxmışam. Komandada özünəinamsızlıq var, xətlərarası anlaşma, ümumiyyətlə, yoxdur. Meydanda bir-birlərinə dəstək olmurlar. Müdafiə, yarımmüdafiə və hücum xəttində problemlər var. Buna görə də, Rəşad Sadiqovu komandaya dəvət etdim. İstəyirəm ki, müdafiə ilə yarımmüdafiə və yarımmüdafiə ilə hücum xətti arasındakı boşluğu aradan qaldıraq. Çempionat uzun marafon olduğu üçün müdafiə xəttimiz güclü olmalıdır.

 

- Qış fasiləsində Vaqif Cavadov, Ruslan Əmircanov və ya vaxtilə birgə işlədiyiniz digər futbolçular komandaya cəlb oluna bilərmi?

- Hələ bu barədə düşünmürəm. Əsas məqsəd qışa qədər bacardığımız qədər xal toplamaqdır. Ondan sonra bu məsələləri müzakirə edərik. Həm Ruslan Əmircanov, həm də Vaqif Cavadov haqda mənə deyilib. Bu gün üçün transfer məsələmiz, demək olar ki, həll olunub. Qışda gələnlər olacaqsa, yeni futbolçular olacaq. Artıq əvəzedici heyətə, akademiyaya da göz dikirəm ki, istedadlıları gələcəkdə əsas komandaya cəlb edim. Həm də ödənişli, daha səviyyəli futbolçular istəyirəm, boşda qalanları yox.

 

- Emin Mahmudov məsələsi nə yerdədi?

- Millinin üzvüdü. Çox istərdim ki, o, futbolsuz qalmasın. Rəhbərliklə söhbətdə də dedim ki, bizə uyğun futbolçudur, komandada görmək istərəm. Yəqin ki, məsələ yaxın günlərdə həllini tapar. Emin bizim bugünkü məşqimizdə olacaq. Amma hələ hazır deyil. Son 15 gündə, sadəcə qaçıb. Fiziki formasından uzaqdı.

 

- Rəhbərlik qarşınıza hansı tapşırığı qoyub?

- Qışa kimi bacardığımız qədər çox xal toplamalıyıq. Ondan sonra komandaya yeni futbolçular cəlb olunacaq. Çalışacağıq ki, əvvəlki “Neftçi” əzəmətində, ondan da yüksək futbolçular dəvət edək. Mükafatlar uğrunda mübarizə aparsaq, həm komandanın, həm də mənim adım üçün yaxşı olar.

 

- Sizin də rəhbərlik qarşısında tələbiniz olub?

- Sağ olsunlar, bütün səlahiyyəti mənə veriblər. Əsas odu ki, böyük kluba uyğun fiziki hazırlıq məşqçisi komandamıza gəlsin. Qalan hər şey mənim səlahiyyətimdədir.

 

- Böyükağa Hacıyev dəfələrlə deyib ki, “Neftçi”ni əvvəlki səviyyəsinə qaytarmağın resepti ondadır. Maraqlıdır, təyinatınızdan sonra Hacıyevlə danışığınız olub?

- Böyükağa müəllimə Allah şəfa versin. Onunla heç bir danışığım olmayıb.

 

- Sabah start heyətində nə kimi dəyişikliklər olacaq?

- 3-4 dəyişiklik ola bilər. Sabah Rəşad Sadiqovu start heyətində görəcəksiz.

 

- Karyerasını bitirməyə hazırlaşan futbolçu “Neftçi” üçün xilaskar olacaq?

- Rəşad “Zirə” ilə Avropa Liqasının təsnifat mərhələsində çıxış edib. Ondan sonra fərdi məşq edib. Əgər maydan sonra uzun müddət oynamasaydı, sizinlə razı olardım. “Qarabağ”a baxın. Rəşad Sadıqov zədəli olanda belə meydana çıxır. Çünki onun meydanda olması komandasına böyük üstünlük verir. Eyni sözlər Sadiqova da aiddi.

 

- “Zirə” ilə oyunda hansı nəticə sizi qane edəcək?

- Hamı istəyər ki, qələbə ilə başlasın. Biz də sabah meydana 3 xal üçün çıxacağıq. “Zirə” oturuşmuş komandadır. Bizim üçün ağır oyun olacaq. Amma öz gözəl oyunumuzla qələbə üçün köklənəcəyik.

 

- “Neftçi” indiyə qədər çempionatda “Zirə”ni məğlub etməyib. Sabah bu tilsimin qırılmaq ehtimalı nə dərəcədə realdır?

- Bu statistikadan xəbərim var. Komandamızda problemlər çoxdur. Amma sabah daha istəkli olacağıq və meydana 3 xal üçün çıxacağıq.

 

- 2012-13 mövsümündə 10 oyunda komandanı meydana çıxardınız, 21 xal topladınız. Yenə bu nəticəni göstərmək mümkündü?

- O vaxtkı heyət daha hazır idi. Amma hər şey mümkündü. 10 oyunda maksimum xal toplamağa çalışacağıq. Analizlər aparmışıq, sadəcə burda açıqlamaq istəmirəm. İşimizi görəcəyik.

 

- Cəza kodeksiniz hazırdımı?

- Bəli, hazırdı. Bu, futbolçulara, məşqçilərə, inzibatçılara, bir sözlə hər kəsə aiddir.

 

- Məşqə 5 dəqiqədir ki, gecikirsiz. Öz cəzanız nə olacaq?

- Sizə hörmətsizlik olmasın deyə, yubandım.

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:50

MPL: "Səbail" "Zirə"yə qarşı - YENİLƏNİR

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

16:19

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

16:01

Alonso "Bayer"i "Real"a dəyişəcəyini təsdiqlədi

Facebookdan bizi izləməyi unutmayın.
X