"Çox sayda qol imkanımız olsa da, oyun sönük keçdi. Bu istidə oyun salan fikirləşməlidi ki, meydana 22 insan balası çıxır axı". Fanat.Az xəbər verir ki, bu sözləri "İnter"lə oyundan (1:1) sonra "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.
Samir Abasov oyunun başlama saatından narazılıq etsə də, bu barədə rəsmi müraciət etmədiklərini deyib: "Bu ev sahibi ilə PFL-in öhdəsinə düşən məsələdi. Saat 16.30-da oyun salmazlar. Hava normal oynamağımıza imkan vermədi. İsti olduğu üçün futbolçulara irad bildirməyə də utanırdım".
"İnter" həmişəki taktikasından - standard vəziyyətdən istifadə edib qol vurdu. Nəticədəm razıyam. Amma qələbə qazana bilərdik. Həddindən artıq hücuma keçdik, qol vurmağa çalışdıq. Tural Axundov çox hücuma keçdiyindən daha az top itirmək üçün Cavid Tağıyevi sağ Cavid Tağıyevi ora çəkdim. Ən böyük problemimiz qol imkanlarından lazımınca yararlanmamağımızdı" deyə baş məşqçi bildirib.
Fanat.Az