“Hazırda “Qəbələ”dəyəm. Komanda ilə müqaviləm var. Amma ola bilər ki, komandadan ayrılım”. Fanat.az xəbər verir ki, bu sözləri qafqazinfo.az-a “Qəbələ”nin rumıniyalı hücumçusu Andrey Kristya deyib.
O, komandadan ayrılacağı ilə bağlı gəzən xəbərlərə münasibət bildirib: “Mən burada qalmaq istəyirəm. Çünki həm müqaviləm var, həm də bu komanda mənim üçün önəmlidi. Komanda ilə aramda olan müqaviləyə hörmət edirəm. Amma onlar mənim müqaviləmə hörmət etmirlər. Heç yerə getməyi düşünmürəm. Çünki artıq transfer pəncərəsi də bağlanır. Hələ ki, heç bir təklif də yoxdu. Yenə də hər şeyə sabah aydınlıq gələcək".
Fanat.az