2001-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Göydərə kəndində anadan olan Turan Vəlizadə futbol oynamağa 2008-ci ildə “Neftçi” futbol klubunda Rüfət Quliyevin məşqçiliyi altında başlayıb.
2010-cu ildən məşqlərini “Əlincə” futbol klubunda davam etdirən Turan 2012-2013-cü il futbol mövsümündə 26 qolla paytaxt çempionatının bombardiri olub. Daha sonra Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq turnurin qalibi və bormbardiri olan Turan Vəlizadə həm də həmin turnurin “Ən yaxşı futbolçusu” seçilib.
Bu yaxınlarda Bakcell-in maddi və təşkilati dəstəyiylə təşkil olunan “Mançester Yunayted” klubunun təlim-məşq toplantısında iştirak edən balaca ulduz münsiflər tərəfindən bu beynəlxalq turnirin də “Ən yaxşı futbolçusu” elan edilmiş və “Mançester Yunayted” klubuna dəvət olunub.
Dünya şörətli ulduz Məsut Özili kumiri hesab edən T. Vəlizadənin ən böyük arzusu Azərbaycan milli yığmasının tərkibində Dünay çempionatının qrup mərhələsində iştirak etməkdir.