İspaniya Kubokunda 1/4 finalında "Atletiko" və "Barselona" arasında keçirilən cavab qarşılaşması maraqlı məqamlarla yadda qalıb. Fanat.az xəbər verir ki, "Visente Kalderon" stadionunda katalonları qəbul edən madridlilərin oyunda bəxti gətirməyib.
Gərgin şəraitdə keçən matçın 47-ci dəqiqəsində “Atletiko”nun məşhur türk futbolçusu Arda Turan rəqibi ilə mübarizədən sonra oyunu dayandırmaq qərarı gözləsə də, hakimin “davam” işarəsi verməsi onu özündən çıxarıb. Əsəbiləşən Arda Turan ayağından çıxardığı butsusun əlinə alaraq köməkçi hakimlərin olduğu tərəfə atıb.
Atılan butsu hakimi keçərək arxadakı təhlükəsizlik işçisinə dəyib, hakim isə onun bu hərəkətindən sonra oyunu dayandırıb və futbolçuya sarı vərəqə göstərib.
Qeyd edək ki, matç 3:2 hesabı ilə “Barselona”nın xeyrinə başa çatıb.
Atletiko - Barselona 2:3
Qol: Fernando Torres, 1. Raul Qarsiya, 30 - Neymar, 9; 41. Miranda, 38 (avtoqol).
Fanat.az