İkinci dövrənin hazırlıqlarını davam etdirən "Turan Tovuz" heyətini gücləndirməkdə davam edir. Fanat.az xəbər verir ki, Tovuz klubu Ruslan Getmandan sonra Ramil Mansurovu da rənglərinə bağlayıb.
21 yaşlı hücumçu qarşıdakı iki il yarımı "Turan Tovuz"da keçirəcək.
Qeyd edək ki, Mansurov U-17 və U-19 milli komandalarımızla yanaşı, "İnter", "Sumqayıt" və "Neftçala"nın şərəfini qoruyub.
Fanat.az