II dövrəyə hazırlaşan "Ağsu" transfer çalışmalarını da davam etdirir. Fanat.az хəbər verir ki, I divizion klubu 5 futbolçu ilə müqavilə imzalayıb.
Belə ki, Cavid Abdıyev (Şəmkir), Vasif Rzayev (Bakı, əvəzedici), Elnur Soltanlı (Mil-Muğan), Rövşən İsmayılov (Zirə) və Rəşad Piriyev (Lokomotiv) ikinci dövrədə bölgə klubunun şərəfini qoruyacaq.
İki transfer edən "Ağsu" Fərmayıl Əliyev, Tural Rzayev, Tanrıverdi Məhərrəmli, Ülvi Qaçaylı və Nurlan İsbəndiyarovla yollarını ayırıb.
Fanat.az