Bu gün Topaz Premyer Liqasında XIX turun oyunları davam etdirilib. Fanat.az хəbər verir ki, ikinci oyun günündə də bir oyun keçirilib.
Günün yeganə oyununda AZAL "Neftçi"ni qəbul edib. "AZAL Arena"da baş tutan oyunda 3 qol vurulub. Hesabı 26-cı dəqiqədə Freddi Mombonqo açıb. 68-ci dəqiqədə Nikolas Kanales penaltidən bərabərliyi təmin edib. 90+2-ci dəqiqədə dublunu rəsmiləşdirən Freddi Mombonqo AZAL 2:1 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, turun bir oyunu dünən keçirilib. Günün yeganə oyununda "İnter" "Sumqayıt"la "sülh" bağlayıb - 0:0. Son iki oyun sabah baş tutacaq. "Bakı" "Qəbələ"ni, "Simurq" "Xəzər Lənkəran"ı qəbul edəcək.
Premyer Liqa
2014/15 mövsümü
III dövrə, XIX tur
31 yanvar
AZAL - Neftçi 2:1
Qollar: Freddi Mombonqo, 26; 90+2 - Nikolas Kanales, 68-pen.
AZAL: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 4. Laşa Kasradze, 8. Seymur Əsədov, 17. Viktor İbekoyi, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 23. Aleksandr Şemonayev (10. Nicat Qurbanov, 71), 25. Valeri Kutsenko, 27. Rəşad Abdullayev (k), 20. Freddi Mombonqo.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Kərim Diniyev, 9. Aydın Qasımov, 12. Luis Ramos, 13. Şəhriyar Rəhimov, 22. Eltun Yaqublu.
Baş məşqçi: Tərlan Əhmədov.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. Elvin Yunuszadə (k), 7. Araz Abdullayev (90. Ernest Nfor, 69), 8. Elşən Abdullayev (11. Nikolas Kanales, 37), 15. Erik Ramos, 18. Kaue da Silva, 22. Rauf Əliyev, 23. Ruslan Qurbanov (21. Samir Məsimov, 80), 27. Məqsəd İsayev, 28. Emin Mehtiyev.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 17. Rəhman Hacıyev, 20. Fəhmin Muradbəyli.
Baş məşqçi: Arif Əsədov.
Sarı vərəqə: yoxdu.
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Nahid Əliyev, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Murad Məmmədov.
"AZAL Arena". 350 tamaşaçı.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 16 | 10 | 4 | 2 | 29-17 | 34 |
2 | İnter | 17 | 7 | 9 | 1 | 26-7 | 30 |
3 | Neftçi | 16 | 7 | 5 | 4 | 20-14 | 26 |
4 | Simurq | 16 | 6 | 3 | 7 | 25-22 | 21 |
5 | Xəzər Lənkəran | 16 | 5 | 5 | 6 | 22-20 | 20 |
6 | AZAL | 16 | 5 | 5 | 6 | 20-26 | 20 |
7 | Qəbələ | 16 | 4 | 7 | 5 | 19-24 | 19 |
8 | Sumqayıt | 17 | 4 | 4 | 9 | 19-27 | 16 |
9 | Bakı | 16 | 2 | 4 | 10 | 13-36 | 10 |
Bombardirlər | Nurlan Novruzov (Bakı) -9. Mikel Alvaro (İnter) - 8. Məhəmməd Qurbanov (Sumqayıt), Draqan Çeran (Smurq) - 7. Junior Nildo (İnter) - 6.Cavid Hüseynov (Qəbələ), Rəşad Eyyubov (Simurq) - 5. |
Fanat.az