"Araz Naхçıvan" dağıldıqdan sonra işsiz qalan daha bir futbolçu özünə klub tapıb. Fanat.az хəbər verir ki, Qərib İbrahimov I diviziona üz tutub.
26 yaşlı yarımmüdafiəçi "Şəmkir"lə anlaşıb. O, artıq yeni klubu ilə müqavilə bağlayıb.
Bir neçə gün əvvəl İbrahimovun "Zirə" ilə anlaşması barədə хəbərlər yayılmışdı. Baş məşqçi Bəhram Şahquliyevin sərəncamında görmək istədiyi futbolçu fərqli addım ataraq "Şəmkir"ə üz tutub.
Qeyd edək ki, Qərib əvvəllər "Bakılı", "Turan", "Simurq" və AZAL-ın formasını geyinib.
Fanat.az