Dünən 28 yaşını qeyd edən "Atletiko"nun türk ulduzu Arda Turan bu gün təcili xəstəxanaya aparılıb. Fanat.az xəbər verir ki, futbolçu zədə aldığı üçün məşqi tərk etməli olub.
Klub həkimlərinin müayinəsindən sonra "Atletiko"nun əsas heyət üzvü olan yarımmüdafiəçi təcili olaraq Madriddə özəl xəstəxanaya aparılıb. Klub həkiminin müşayəri ilə müayinədən keçən Ardanın əzələsinin dartıldığı və durumunun o qədər də ciddi olmadığı müəyyənləşib. Türk ulduz "Eybar" matçının heyətinə salınmayıb.
Doğum günündə zədələnərək yeni yaşını şanssız bir şəkildə qeyd Turan rəsmi "Twitter" hesabından heyranlarına mesaj göndərib. Ciddi bir şeyin olmadığını futbolçu "Narahat olan hər kəsə təşəkkürlər. Əhəmiyyətli bir şeyim yoxdu, çox yaxşıyam. Yalnız əzələmlə əlaqədar nəzarət üçün xəstəxanaya gəldim" deyib.
Fanat.az