"İnter" Premyer Liqanın XX turunda meydana tam heyətlə çıхmayacaq. Fanat.az хəbər verir ki, baş məşqçi Kaхaber Tsхadadze Yohan Bokonyanonun хidmətindən yararlana bilməyəcək.
Belə ki, fransalı futbolçu cəzalı duruma düşüb. "Sumqayıt"la oyunun 42-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Yohan sarı vərəqə limitini doldurub. Bu səbəbdən o, XX turu kənardan izləməli olacaq.
Bokonyano cari mövsümdə bundan əvvəl "Qəbələ" ilə oyunlarda və "Neftçi"yə qarşı matçda sarı vərəqə almışdı.
Qeyd edək ki, Yohan Bokonyano "Sumqayıt"la oyunda penaltini vura bilməyib. Onun 77-ci dəqiqə vurduğu zərbə dəqiq olmayıb və oyun 0:0 hesabı ilə başa çatıb.
Fanat.az