"Barselona"dan 222 milyon avroya transfer olunan Neymar PSJ-nin əsas heyətindən kənarlaşdırılıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Unay Emeri braziliyalı ulduzun adını sabah "Monpelye" ilə keçiriləcək oyunun iştirak ərizəsinə salmayıb.
Fransa mətbuatının məlumatına görə, baş məşqçi Neymarı "Lion"la oyunda cərimə zərbəsi və penalti vurmaq üstündə komanda yoldaşı Edinson Kavani ilə dava etdiyi üçün cəzalandırıb.
Fanat.Az