İkinci dövrənin hazırlıqlarını doğma rayonda davam etdirən "Turan Tovuz" bu gün ikinci yoxlama görüşünü keçirib. Fanat.az xəbər verir ki, Tovuz təmsilçisi öz meydanında "Göyəzən"i qonaq edib.
Oyun "Turan Tovuz"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu baxışda olan Nicat Tağıyev vurub.
Qeyd edək ki, təlim-məşq toplanışında ilk oyunda "Şəmkir"i 2:0 hesabı ilə yenən "Turan Tovuz" ikinci dövrənin startınadək daha iki oyun keçirməyi planlaşdırır.
Fanat.az