AFFA rəhbərliyinin ilin sonunda millinin baş məşqçisi Berti Foqtsla müqaviləni müddətini uzatmayacaqlarının mümkünlüyü haqda bəyanatından sonra Almaniya mətbuatı bu məsələyə geniş yer verməyə başlayıb.
Qol.Az-ın xəbərinə görə, nüfuzlu “Kicker” nəşri yazıb ki, ilin sonunda Berti Foqts Azərbaycan millisini tərk edəcək.
“Bizə məlum olub ki, AFFA-nın baş katibi Elxan Məmmədov artıq yeni baş məşqçi axtarışına çıxıb” – deyə “Kicker”in məlumatında bildirilib.
İdman24.az