"Qarabağ" - "Roma" oyunundan öncə İtaliya təmsilçisinin futbolçusu Xuan Jesus jurnalistlər önünə çıxıb.
Fanat.Az xəbər verir ki, futbolçu bunları söyləyib: "Müdafiəyə meylli oynamırıq. Əksinə, top olan hissədə sıx oynayırıq. Sabah bizim üçün bu qədər azarkeş qarşısında oynamaq çətin olacaq. İlk oyunda məğlub olan "Qarabağ" bütün gücünü meydanda qoyacaq. Amma biz də uduzmağa gəlməmişik. "Neftçi" və "Qarabağ"a qarşı "İnter"in heyətində oynamışam. Çox yaxşı xatırlayıram ki, oyunun əvvəlində bir qol vurmuşduq. Amma "Qarabağ" xeyli dəyişilib. Sabah fərqli olacaq".
Fanat.Az