İngiltərənin "Arsenal" klubu Türkiyə millisinin və "Atletiko"nun futbolçusu Arda Turan üçün 30 milyon avrosundan keçməyə hazırdı. Fanat.az xəbər verir ki, London klubunun mövsümün sonunda "Atletiko"ya təklif göndərəcəyi gözlənilir.
Arda Turanın özünün də İspaniyadan ayrılmaq və Londonda oynamaq istədiyi də yayılan məlumatlar sırasındadı. İspaniya mətbuatında yer alan xəbərlərdə deyilir ki, türk futbolçu ilə "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin münasibətləri soyuqdu. Xüsusi ilə Arda Turanın "Barselona" ilə "Kral Kuboku"nun 1/4 finalındakı qarşılaşmada hakimə butsunu atmasınsdan sonra münasibətlətdə gərginlik yaranıb.
Fanat.az