“Kəpəz” – “Qəbələ” oyununun yeri dəyişdirilib. Fanat.Az xəbər verir ki komandalar I dövrənin oyununu Qəbələdə keçirəcək.
Belə ki, Gəncə təmsilçisi Peşəkar Futbol Liqasına müraciət edib. Klub Gəncə şəhər stadionunda təmir işlərinin yekunlaşmadığını əsas gətirərək VII turda keçirilməli olan “Kəpəz” – “Qəbələ” matçının yerinin dəyişdirilməsini xahiş edib.
Yenidənqurma işlərini və “Qəbələ” klubunun razılıq məktubunu nəzərə alan PFL VII turun “Kəpəz” – “Qəbələ” matçının Qəbələ şəhər stadionunda keçirilməsinə, meydan sahibi kimi “qırmızı-qaralar”ın göstərilməsinə qərar verib.
Komandaların iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi isə “Kəpəz” olacaq. Bu matç XIII turda baş tutacaq.
Fanat.Az