İkinci dövrəyə hazırlaşan "Zirə" transfer çalışmalarını davam etdirir. Fanat.az хəbər verir ki, I divizionun debütantı 14 futbolçu ilə güclənib.
Onlardan 12-si yerli futbolçudu: Asif Mirili, Elnur Abdulov, Tərlan Əhmədli, Tural Rzayev, Tanrıverdi Məhərrəmli, Mehdi Rəsulov, Sərxan Ağayev, Elgün Poladlı, Ələkbər Vəliyev, Adil Nağıyev, Ramazan Həsənov və Murad Musayev.
"Zirə" onlarla yanaşı, heyətinə iki legioner də qatıb. Belə ki, Bakı klubu Mortaza Heydəri və Besik Çimakadze ilə güclənib.
Qeyd edək ki, "Zirə" qış fasiləsinlə 10 futbolçu ilə yollarını ayırıb: Tural Abbaszadə, Ziyadxan Məmmədov, Elmixan Məmmədov, Fərid Bağırov, Emin Mustafayev, Vüqar Əsgərov, Rövşən İsmayılov, Natiq Abbasov, Ceyhun Abdullayev, Ayzer Abbasov.
Fanat.az