Bir qədər öncə başa çatan paytaxt derbisində 2:0 hesablı səfər qələbəsi qazanan "Neftçi"nin 8 oyunluq həsrəti bitib.
Fanat.Az-ın hesablamalarına görə 7 yenilgi (bunlardan biri "Zirə" ilə görüşdə alınan texniki məğlubiyyətdi) və1 heç-heçənin ardından "ağ-qaralar"ın üzü gülüb.
Bakılılar sonuncu dəfə aprelin 15-də AZAL-ı 4:0 hesabı ilə üstələmişdi. Həmin vaxt Şüvəlan təmsilçisini meydana baş məşqçi qismində çıxaran Tərlan Əhmədov "Neftçi"ni 167 gündən sonra qələbəyə daşıyıb.
Fanat.Az