Azərbaycan millisinin baş məşqçisi Berti Foqts postunu tərk etdikdən sonra işsiz qalmayacaq. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsinin sonunda AFFA ilə müqaviləsi başa çatacaq tanınmış mütəxəssis yeni təklif alıb.
Avro-1996-da Almaniya yığmasına tarixinin son titulunu qazandıran Foqts Polşa millisinin hədəfindədir. Bu ölkənin futbol federasiyası indiki baş məşqçi Frantişek Jmudanı məhz almaniyalı ilə əvəzləmək niyyətindədir. Bu çalışdırıcı postundan ayrıldıqdan sonra Foqts karyerasında növbəti milliyə rəhbərlik edəcək.
Millimizin baş məşqçisi əvvəllər də Polşa yığmasına namizəd göstərilib. Lakin həmin vaxt AFFA onunla müqaviləni yeniləməklə, almaniyalını postunda saxlamağa nail olmuşdu. Bu dəfə isə assosiasiya baş məşqçi postuna alternativ namizədlər axtardığını açıqladığından polşalıların Foqts arzusunda əngəl qalmayıb.
İdman24.az