Georgi Çixradze "Neftçi" ilə oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az pfl.az-a istinadən xəbər verir ki, “Simurq”un baş məşqçisi nəticənin oyuna görə olduğunu bildirib:
"Oyun çox gərgin alındı. Həm "Neftçi", həm bizim komanda qələbə qazanmaq istəyirdi. Oyunu əsas götürüb, heç-heçəni ədalətli nəticə kimi qələmə vermək mümkündü. Birinci hissədəki problemlərimizi nəzərə alıb, ikinci hissədə dəyişikliklərə əl atdıq. Yarımmüdafiəni gücləndirdik və sonradan Cihan Özkaranı meydançaya buraxdıq ki, qol vura bilək. Amma qol vurmaq mümkün olmadı. “Neftçi” ilə oyunu unudub, qarşıdakı tura yaxşı hazırlaşmalıyıq”.
Fanat.az