"Qazandığımız xala görə müdafiə xəttinə borcluyuq. Yalnız son dəqiqələrdə müəyyən səhvləri oldu". Fanat.Az xəbər verir ki, bunu Topaz Premyer Liqasının VII turunda “Qarabağ”ın qonağı olan və 0:0 hesablı bərabərliyə razılaşan "Zirə"nin baş məşqçisi Ayxan Abbasov deyib.
Oyundan sonra düzənlənən ənənəvi mətbuat konfransına qatılan çalışdırıcı görüş haqda fikirlərini bölüşüb: "Çətin alınacağını bilirdik. . Futbolçular taktiki tapşırıqları inamla yerinə yetirdilər. İlk dövrəni uduzmadan tamamlamaq sevindiricidi. Təbii ki, komandada çatışmazlıqlar da var. Qarşıdakı fasilədə bu çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.
"Zirə"nin artıq 8 oyundu “Qarabağ”a qol vura bilməməsinin səbəbi nədi" sualına Abbasov "Qarabağ"ın güclü olması" cavabını verib.
Fanat.Az