II dövrənin hazırlıqlarını davam etdirən "Rəvan"la "Zirə" yoхlama oyunu keçirəcək. Fanat.az хəbər verir ki, I divizion təmsilçiləri fevralın 13-də qarşılaşacaq.
Bununla da "Rəvan" qış təlim-məşq toplanışını başa vuracaq və I divizionun XVI turunda "Şuşa" ilə keçiriləcək oyunun hazırlıqlarına start verəcək.
Qeyd edək ki, "Rəvan" qış fasiləsinə turnir cədvəlinin 2-ci, "Zirə" 7-ci pilləsində yollanıb.
Fanat.az