Qurban Qurbanov "Bakı" ilə oyunla (4:1) bağlı fikirlərini bildirib. Fanat.az pfl.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi futbol üçün darıxdıqlarını deyib:
"Futbol üçün, fanatlarımız üçün çox darıxmışdıq. Bu oyuna çox ciddi hazırlaşmışdıq. İlk oyunlarda çatışmazlıqlar olur. Həmçinin, bizdə də boşluqlar var idi. Amma ümumilikdə oyunumuzdan razı qaldım. Çox vacib qələbə qazandıq. "Bakı"ya uğurlar arzulamaq istəyirəm. Qarşıda bizi ciddi bir sınaq gözləyir. AZAL son vaxtlar çox gözəl oyun nümayiş etdirir. Sona kimi döyüşən komandadı. Onlara qarşı ciddi hazırlaşmalıyıq".
Fanat.az