I divizionda 2017/18 mövsümünün ilk turunun təyinatları açıqlanıb. Fanat.Az xəbər verir ki, Hakimlər Komitəsi FIFA referilərini də aşağı dəstəyə göndərib.
Belə ki, Ömər Paşayev və Rəhim Həsənov I divizionda baş hakim funksiyasını yerinə yetirəcək. Onlar uyğun olaraq, “Ağsu” - “Zaqatala” və “Turan Tovuz” - “Şüvəlan” qarşılaşmalarını idarə edəcək.
Premyer Liqa hakimlərindən İnqilab Məmmədov, Orxan Məmmədov və Rəvan Həmzəzadə də elitadakı fasilə dövründə I divizionda fit çalacaq.
I divizion
I tur
3 oktyabr (çərşənbə axşamı)
15:30. “Xəzər” – “Mil-Muğan”
Hakimlər: İnqilab Məmmədov, Roman Vasilyev, Elşad Abdullayev, Alik Yunusov
Hakim-inspektor: Rüfət Əliyev
“AZAL Arena”
15:30. “Ağsu” – “Zaqatala”
Hakimlər: Ömər Paşayev, Vüqar Bayramov, İsgəndər Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Azad Mütəllimov
Ağsu şəhər stadionu
4 oktyabr (çərşənbə)
15:30. “Turan Tovuz” – “Şüvəlan”
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Yaşar Abbasov, Rəşad Əhmədov
Hakim-inspektor: Ramiz Əsədov
Tovuz şəhər stadionu
15:30. MOİK – “Qaradağ Lökbatan”
Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Cəmil Quliyev, Fərid Məmmədov
Hakim-inspektor: Rüfət Hüseynov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
15:30. “Sabah” – “Binə”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Elman Kərimov, Ramiz Məhərrəmov
Hakim-inspektor: Zöhrab Qədiyev
Binə qəsəbə stadionu
Fanat.Az