"DÇ-2018"in seçmə mərhələsində keçiriləcək Azərbaycan – Çexiya qarşılaşması milli komandanın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq. Fanat.Az xəbər verir ki, bunu AFFA-nın rəsmi saytı açıqlayıb.
35 yaşlı müdafiəçi qurumun saytına açıqlamasında bu addımı atmasını belə izah edib: “Çexiya ilə oyunun millimizin cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdim. Bütün sualları isə oyundan öncə keçiriləcək mətbuat konfransında cavablandıracağam”.
Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib və 5 qol vurub.
Fanat.Az