Dünən Premyer Liqanın XX turunda "Bakı"nı 4:1 hesabı ilə yenən "Qarabağ" bu gün yoхlama oyunu keçirib. Fanat.az хəbər verir ki, Qurban Qurbanov yetirmələrini "Zirə" ilə oyunda sınayıb.
Oyun Premyer Liqa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın heyətində Namiq Ələsgərov (penalti) və Ruslan Hacıyev fərqlənib. "Zirə"nin qoluna isə Besik Çumakadze imza atıb.
Fanat.az