“Neftçi”nin futbolçusu Bahodir Nasimov Özbəkistan milli komandasına dəvət alıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu yığmasının heyətində DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İordaniyaya qarşı pley-off oyunlarında iştirak edə bilər. Özbəkistan millisi bu komanda ilə sentyabrın 6-da səfərdə, 10-də isə evdə qarşılaşacaq.
Bahodir bu qarşılaşmalara hazırlıq məqsədilə avqustun 11-dən 15-dək Daşkənddə təşkil olunacaq təlim-məşq toplanışına da çağırılıb. Özbəkistan yığması həmin toplanış çərçivəsində avqustun 14-də Türkiyə millisi yoldaşlıq görüşü keçirəcək.
Qeyd edək ki, Daşkənddə baş tutacaq qarşılaşmanı azərbaycanlı FİFA hakimi Əliyar Ağayev idarə edəcək.
İdman24.az