23:49 03.10.2017 746

UEFA AMADA-ya ixtiyar verdi

Bu gün AFFA-nın inzibati binasında UEFA ilə Azərbaycan Milli Dopinq Agentliyi (AMADA) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

 

 

Fanat.Az xəbər verir ki, UEFA-nın Tibb və Anti-Dopinq şöbəsinin rəhbəri Mark Vouillamoz və AMADA-nın direktoru Şəfəq Hüseynlinin imzaladığı əməkdaşlıq müqaviləsindən sonra bütün ölkədaxili və beynəlxalq oyunlar zamanı agentliyin nümayəndələrinə dopinq-testlər götürmək ixtiyarı verilib. 


Görüşdə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və Azərbaycan milli komandasının həkimi Vyaçeslav Xomenko da iştirak ediblər. Rəsmi imzalama mərasimindən sonra Mark Vouillamoz və Şəfəq Hüseynli AFFA-nın rəsmi saytına açıqlama veriblər.

 

Mark Vouillamoz: “Bakıda olduğumuz müddətdə həm AFFA, həm də AMADA ilə geniş müzakirələr apardıq. Bir çox istiqamətdə uğurlu danışıqlarımız oldu. Bu əməkdaşlıq çərçivəsində həm milli, həm də beynəlxalq səviyyədə birgə fəaliyyət həyata keçirəcəyik. Biz futbolçuları və klubları müdafiə etmək üçün çalışırıq. Premyer Liqa komandalarının həkimləri dopinqlə mübarizədə daha çox təcrübəyə malikdirlər. Birinci divizionda mübarizə aparan komandaların həkimlərinin və əməkdaşlarının bu istiqamətdə daha geniş informasiyaya malik olmaları üçün birlikdə seminarlar keçirməyi nəzərdə tuturuq. Onları lazımi informasiya ilə təmin edəcəyik”.

 

Şəfəq Hüseynli: “Qarşımızda duran əsas vəzifələrdən biri səmərəli, hərtərəfli və daimi olan test planı hazırlamaqdır. Bu plana uyğun olaraq il ərzində anti-dopinq testləri keçiriləcək. Digər idman növləri ilə müqayisədə futbolda dopinq test üsulu bir qədər fərqlidir. İslam oyunları zamanı futbol yarışlarında UEFA standartlarına uyğun bir çox dopinq testləri həyata keçirdik. Bu sahədə müəyyən təcrübəmiz var. Əməkdaşlıq müqaviləsindən sonra məsuliyyətimiz daha da artdı. Bundan sonra UEFA Azərbaycanda beynəlxalq səviyyəli tədbirlər zamanı dopinq testləri aparmağı bizə həvalə edəcək. Həmçinin gələcəkdə təcrübə toplamaq üçün bizim bir neçə dopinq nəzarət inspektorumuzun treyninqlərə cəlb olunması təklif olundu. Bundan sonra nəyinki ölkəmizdə, xaricdə də dopinq testi həyata keçirmək lazım olsa, bizim əməkdaşlarımız da orada iştirak edə biləcəklər”.

 

Fanat.Az

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

Facebookdan bizi izləməyi unutmayın.
X