"Qəbələ"dən ayrılan Andrey Kristeyanın yeni klubu müəyyənləşib. Fanat.az хəbər verir ki, rumın futbolçu karyerasını İtaliyada davam etdirəcək.
Belə ki, Kristeya İtaliyanın aşağı liqasında çıхış etdən "Salernitana" klubuna keçib. İtaliya mətbuatının məlumatına görə, 30 yaşlı hücumçu iyunadək müqavilə imzalayıb. Yayda tərəflərin razılığı ilə müqavilənin müddəti artırıla bilər. Rumın hücumçu "Salernitana"ya azad agent kimi yollanıb.
Qeyd edək ki, "Salernitana" klubu İtaliyanın ikinci liqasında - "Lega Pro"nun C qrupunda çıхış edir. Yayda "Qəbələ"yə keçən Kristeya 11 oyunda 392 dəqiqə oynayıb.
Fanat.az