AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb. Fanat.Az xəbər verir ki, iclas sabah - oktyabrın 5-də baş tutacaq.
Bakı Olimpiya Stadionunda keçiriləcək yığıncaq saat 18.00-da başlayacaq. İclasın gündəliyində “Region Liqası”nın Əsasnaməsinin layihəsi, 2017/18 mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək üçün tətbiq olunacaq Lisenziyalaşdırma Qaydalarında (Buraxılış 2017) dəyişikliklərlə bağlı təkliflər müzakirə olunacaq.
Yığıncaqda digər məsələlərə də baxılacaq.
Fanat.Az