Azərbaycan çempionu “Neftçi”nin sabiq hücumçusu Nikolas Kanales hələ də özünə yeni klub tapa bilməyib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun heyətində ötən mövsüm Premyer Liqamızın bombardiri olmuş futbolçu ilə həm Çili, həm də xarici ölkə klubları maraqlanır.
Hətta onun Azərbaycan klublarından birinə keçidi də gündəmə gəlib. Belə ki, çempionatımızın favorit klubları Nakalesi heyətində görmək istəyir.
Yaxın günlərdə Kanalesin aqibətinə aydınlıq gəlməsi gözlənilir.
İdman24.az