AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın VII, I divizionun I turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Premyer Liqadan yalnız "Qəbələ" cərimələnib. Bölgə klubu 4 futbolçusu "Kəpəz"lə oyunda sarı vərəqə aldığından 800 manat ödəyəcək.
I divizionda çıxış edən "Mil-Muğan"ın futbolçusu Vüqar Əlibabayev debütant "Xəzər"lə matçın 60-cı dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydanı tərk edib. "Xəzər"dən isə Anar Babayev 76-cı dəqiqədə eyni səbəbdən meydandan qovulub. Hər iki futbolçu 1 oyunluq cəza alıb, klubları 20 manat cərimə edilib.
"Turan Tovuz" isə "Şüvəlan"la oyunda 4 futbolçusu sarı vərəqə aldığından 80 manat cərimələnib.
Fanat.Az