23:02 05.10.2017 696

Prosineçki: "Bədavi və Rəşad çempionatda kofe içə-içə oynaya bilər"

"Şeydayevin yaxşı imkanı olsa da, dəyərləndirə bilmədi"


"Oyundan qabaq da demişdim ki, bizi çətin matç gözləyir. Bu gün bunun bir daha şahidi olduq. Qol buraxdıqdan sonra özümüzə gəlib hesabı bərabərləşdirə bildik, lakin təəssüf ki, rəqib 2-ci qolu vura bildi. Şeydayevin yaxşı imkanı olsa da, dəyərləndirə bilmədi. Bu oyunda uduzmaya bilərdik. Komandamın oyunundan razı qaldım".


Bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki evdə Çexiya yığmasına 1:2 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra mətbuat konfransında deyib. Xorvatiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...


- Almaniya ilə matçdan sonra Bakıya qayıdacaqsınız, ya bu sizin Azərbaycanda son mətbuat konfransınızdır?

- Bəli, Almaniya ilə qarşılaşmadan sonra Bakıya qayıdacağam. Çünki mənim AFFA ilə müqaviləm var. Buna görə, qayıdıb, danışıqlar aparacağıq. Bundan sonra millidəki gələcək taleyimə aydınlıq gələcək.


- Millidə qalsanız, hansı dəyişiklikləri edəcəksiniz?

- Futbolda səhvlər olur, bu gün də səhvlərə yol verdik. Əsasən, standart vəziyyətlərdə çox səhv edirik. Mən qalsam da, qalmasam da bəzi dəyişikliklər olmalıdır. Rəşad Sadıqov karyerasını bitirib. Onun mövqeyinə oyunçu cəlb edilməlidir. Bundan başqa, gənc oyunçulara ehtiyac var. Yəqin razılaşarsınız ki, mən gəldikdən sonra millinin oyununda irəliləyiş var. Daha baxımlı oyun sərgiləyirik. Bu gün də gənc oyunçulardan Mahir Mədətova şans verdim. Bəlkə də əsas heyətdə ona şans vermədiyim üçün incimişdi. Bu gün özünü yaxşı tərəfdən göstərə bilmədi.


- “Bursaspor”un əsas üzvlərindən biri Dəniz Yılmaza niyə dəvət göndərmirsiniz?

- Bu suala indiyə kimi cavab verməmişdim. Ancaq indi cavablandıracağam. Martda Almaniya ilə oyunda Dəniz Yılmaz əsas heyətdə çıxmalıydı, lakin çıxmaq istəmədi. O oyunçu ki millidə oynamaq istəmir, onun millidə yeri yoxdur. Nə qədər ki, mən burdayam, Yılmaz milliyə dəvət edilməyəcək.


- Bəs imtina etməsinin səbəbi nə idi?

- Çünki onu istəmədiyi mövqedə oynadacaqdım. Siz bir jurnalist kimi cavab verin, futbolçunun ona təklif olunan mövqedə oynamağa etiraz etmək haqqı var? O, “Bursaspor”da da ikinci heyətə göndərilmişdi, indi də nadir hallarda şans qazanır.


- Bura gələn məşqçilər niyə problemin əsasən nədə olduğunu demirlər?

- Problem barədə həmişə danışmışam. Serbiyada, Xorvatiyada istedadlı futbolçular çoxdur. Bu ölkənin futbolçuları güclü ölkələrin çempionatında çıxış edirlər. Ancaq burada tam fərqlidir. Bədavi Hüseynov və Rəşad Sadıqov ölkə çempionatında kofe içə-içə oynaya bilərlər. Problem bizdə top-liqalarda oynayacaq futbolçuların olmamasıdır.


- Bəs belə olduğu halda Almaniya ilə matçda nəyə ümid edirsiniz?

- Onlarla oynamaq çətindir. Bu, təkcə bizim problem deyil. Onlara qarşı sürpriz etmək çətindir. Bədavi Hüseynov zədəlidir. Həmin oyunda şans qazanıb-qazanmayacağı bəlli deyil. Cəmi 3 gün vaxtımız var. Yaxşı mübarizə aparmağa çalışacağıq. ("Report")


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X