Almaniya yığmasının baş məşqçisi Yoahim Löv DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri görüşdən danışıb. Fanat.Az xəbər verir ki, mütəxəssis sabah reallaşacaq görüşdə eksperimental heyətə güvənəcəyini açıqlayıb:
"Əlbəttə, dəyişikliklər olacaq. Rotasiya olduqca önəmli məsələdi. Azərbaycan yığmasıyla matçda az oynayan və meydana çıxmaq şansı qazanmayan futbolçulara özünü göstərmək imkanı yaradacağıq. Bütün futbolçuların nəyə qadir olduğunu bilməliyəm".
Fanat.Az