"Barselona"nı PSJ-yə dəyişən Neymar UEFA-dan "Barselona"nı Çempionlar Liqasına buraxmamağı xahiş edib. Fanat.Az AS qəzetinə istinadən xəbər verir ki, braziliyalı ulduz öz hüquqşünası vasitəsi ilə qitənin futbol qurumuna müraciət ünvanlayıb.
"Sambaçı" "Barsa"nın ona ödəməli olduğu 26 milyon avro civarında bonusu verməməsini əsas gətirib. UEFA rəsmiləri Neymarın müraciətini ciddiyə almayıb.
Xatırladaq ki, futbolçunun atasıyla Kataloniya klubu arasında yaranan para qalmaqalı çoxdan gündəmdədi. Tərəflərin qarşıdurmasına 2016-cı ildə imzalanan və 2021-ci ilədək nəzərdə tutulan müqavilə səbəb olub. Oyunçunun həm də meneceri olan atası 26 milyonu istəsə də, rədd cavabı alıb və FİFA-ya şikayətlənib. Öz növbəsində "Barselona" rəhbərliyi də ali futbol qurumuna üz tutub.
Fanat.Az