18:53 07.10.2017 943

Diniyev hər şeydən danışdı:"Futbolçular inciməsinlər..."

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına müsahibə verib.

 

Fanat.Az həmin müsahibəni təqdim edir:


 

- Şahin müəllim, ilk dövrənin yekunları haqda nə demək olar? 
- Hər şey göz qabağındadır, ilk dövrə bizim üçün yaxşı başlamasa da, yaxşı bitdi. Son oyunu çıxmaq şərti ilə digər matçlarda stabil çıxış edə bilmədik. Stabil heyətin olmaması stabil oyunun olmamasına gətirib çıxardı. Bilirsiz ki, heyət 70-75 faiz dəyişib. Ərzurumdakı təlim-məşq toplanışından sonra komandanın tez formaya düşəcəyini, futbolçular arasında anlaşmanın yüksək olacağını düşünmüşdüm amma yanıldım. Bu proses uzandı. Bunda psixoloji amilin də rolu oldu. Səbəblərdən danışırıqsa, bunu da qeyd etməliyik. Bizim Gəncədə oynamamağımız, bütün görüşləri səfərdə keçirməyimiz futbolçuların üzərində psixoloji gərginlik yaratdı. Oyunçulara özünə inamı qaytara bilmədik.

- Sizcə, ən pis oyunumuz hansı oldu? 
- Ən pis oyunumuzu “Səbail” ilə oynadıq. “Sumqayıt” və “Zirə” ilə matçlarda da bərbad çıxış etdik. Ən yaxşı matçımız isə “Qəbələ”yə qarşı oldu. Yaxşı görüşlərdən “İnter”dən 3 top buraxdıqdan sonra göstərdiyimiz oyunu, eləcə də “Qarabağ”a qarşı ikinci hissədə apardığımız mübarizəni deyə bilərəm. Azarkeşsiz oynamaq təsirsiz ötüşmədi. Sizi inandırıram, əgər hansısa bir qarşılaşmanı evdə oynayıb qələbə qazansaydıq, nəticələr başqa cür olacaqdı. Bir sözlə, komandanın ilk dövrədəki nəticəsindən narazıyam. “Kəpəz”in tutduğu yer Gəncəyə yaraşmır. Səbəbləri özümüzdə axtarmalıyıq, çatışmayan cəhətlərin üzərində işləməliyik. İtirməyə bir şeyimiz qalmayıb. Əldən buraxdığımız xalları geri qaytarmalıyıq. Bundan sonra xal itkilərinə az yol verməliyik. İnanıram ki, Gəncəyə qayıtdıqdan sonra daha yaxşı futbol nümayiş etdirib uğurlar qazanacağıq. Komanda oyundan-oyuna artırır və yəqin ki, növbəti dövrələrdə öz sözümüzü deyəcəyik.     
 
- “Kəpəz” əvvəlki iki mövsümdən fərqli bu il çempionata uğursuz start verdi. Ötən mövsümün III dövrəsini də komanda pis keçirmişdi. Yenə vəziyyət eynidir. Statistika nəyi deyir? 
- Statistika göstəricidir. Bundan qaçmaq olmaz. Hər 3 ildə yeni komanda yığmağımız bizə mane oldu. Son mövsüm bəzi futbolçular vardı ki, heyətdə saxlamağı çox istəyirdik. Amma mümkün olmadı. Futbol həyatı belədir, ona görə oyunçuları anlayırıq. Stabil komanda yarada bilməyəndə oyunu tutmaq üçün avtomatik olaraq zamana ehtiyac duyulur. Zamanın da uzanması məsələsi var, bizdə vaxt çox çəkdi. Ağıllı oynayıb heç-heçə edə biləcəyimiz və ya qazanacağımız matçlar ola bilərdi. Az öncə sadaladığım amillər hamısı üst-üstə gəlib bu nəticələrə yol açdı. Statistika olmasa belə turnir cədvəlində tutduğumuz yer hər şeyi deyir. Bu nəticələr nə komandanın adına, nə də ki, oyununa yaraşmır.

 
- Komandanın oyununu mövqelər üzrə bölsək, narazı qaldığınız hansı olar?
- Əgər komanda bu yerdədirsə, bütün mövqelərdən narazılığın olması başa düşüləndir. Məşqçilər ilk növbədə vurulan və buraxılan toplara baxıb hücum və müdafiəni analiz edirlər. Vəziyyətimiz acınacaqlıdır. İlk dövrədə 7 oyuna hamıdan çox top buraxmışıq. Rəqiblər 11 qola seviniblər. Bu, olduqca çoxdur. Elə cəmi 5 qol vurmağımız da çox az rəqəmdir. Amma tutduğumuz yerə uyğundur. Demək, istər hücumda, istərsə də müdafiədə komandanın göstərdiyi oyun qənaətbəxş deyil. Sonuncu matçı çıxmaq şərti ilə. İlk oyunlarda daha çox top buraxdıq, sonradan müdafiədə oyunumuz stabilləşməyə başladı. Hücumda da artıq yaxşı çıxış etməyimizin vaxtıdır. Bu gün əgər “qapıçı inamlı oynayır” deyirlərsə və qolkiper qoruduğu çərçivədən 11 top buraxıbsa, deməli, onun da səhvi var. Mən hər iki mövqedən, həm müdafiə, həm də hücumdan narazıyam. Lakin “Qəbələ” ilə oyunda mən başqa şey gördüm və bu, məndə sabaha ümid oyadır. Səfərdə top buraxmadan 2 qol vurmağımız məni razı salır. Gələcəyə nikbin baxıram, indiki heyətlə sonuncu yerdən qalxacağımıza və uğur qazanacağımıza ümid bəsləyirəm.
 
- Yəqin ki, “Qəbələ” ilə oyunda qazanılan qələbə komandada əhval-ruhiyyəni qaldırıb və bu, fasilə dövründə “Kəpəz”ə güc verəcək. Siz nə düşünürsüz?
- Əlbəttə, qələbənin və fasilənin bizə xeyrli olacağını mən də düşünürəm. Fasilədən daha faydalı yararlanmağa çalışacağıq. Hazırlıq müddətini 2 mini tsiklə bölmüşük. I məşq dövründə daha çox funksional hazırlığın üzərində işləyəcəyik. Qoy futbolçular məndən inciməsinlər, əgər bu gün bizim oyunçuların ustalıq səviyyəsi yüksək deyil söyləyiriksə, deməli, daha çox gücü funksional hazırlığa verməliyik. Mənə elə gəlir ki, uşaqlar bunu anlayırlar. Futbolçuların məşqlərdə göstərdikləri performansdan razıyam. Heyəti yenilənən komanda üçün bütün görüşləri səfərdə oynamaq çətindir. Amma formalaşmış komanda üçün bu problem olmamalıdır.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

Facebookdan bizi izləməyi unutmayın.
X