Qurban Qurbanov AZAL-la oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az PFL-in saytına istinadən xəbər verir ki, "Qarabağ”ın baş məşqçisi AZAL-ı tərifləyib:
“Bu gün canlı şahidi olduq ki, AZAL son iki oyunda təsadüfdən qələbə qazanmayıb. AZAL çox döyüşkən komandadı və bizə çətinlik yaratdı. Deyərdim ki, çox vacib 3 xal qazandıq. Əgər bir xal qazansaydıq belə, bundan razı qalacaqdım. Tərlan yaxşı komanda formalaşdırıb. Çox arzulayıram ki, AZAL ən azından avrokuboklarda iştirak etsin”.
Fanat.az