Dünya Taekvondo Federasiyasının (DTF) prezidenti doktor Çunq Von Ço Bakıya növbəti səfərə gəlib. Qonaq, növbəti 4 ildə DTF rəhbəri seçilməsindən sonra ölkəmizə səfəri zamanı Azərbaycan Taekvondo Federasiyasının prezidenti və DTF-in vitse-prezidenti Kəmaləddin Heydərovla görüşüb. Rəsmilər qarşıdakı perspektivlər barədə ətraflı söhbət ediblər. DTF-in digər vitse-prezidenti, misirli Əhməd Fouli də paytaxtımızda tədbirlərə qatılıb.
DTF-in taekvondo üzrə nümunəvi çıxışlar qrupu da Bakıdadır. İyulun 29-da dənizkənarı milli parkda taekvondo qrupunun nümunəvi çıxışları keçirilib. Paytaxt sakinləri idmançıların təqdim etdikləri tryukları böyük maraqla izləyiblər. Taekvondonun təbliğinə həsr olunmuş belə nümunəvi çıxışlar Sumqayıt və Qəbələ şəhərlərində də nəzərdə tutulub. Ölkəmizdə Cənubi Koreya Respublikası nümayəndələrinin taekvondo ilə bağlı çıxışlarından başqa, mədəniyyət tədbirləri də keçirilir.
İdman24.az