"Lokomotiv" klubu fəaliyyətini dayandırması və növbəti turdan etibarən Azərbaycan I divizionunda çıxışını davam etdirməyəcəyi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edib. Fanat.az xəbər verir ki, PFL bu məsələ ilə bağlı İntizam Komitəsinə müraciət edərək müvafiq qərarın çıxarılmasını bildirib.
Yuxarıda göstərilənləri nəzərə alan İntizam Komitəsi qərar qəbul edib: "Lokomotiv" klubu 2014/15 mövsümündə Azərbaycan I divizionundan xaric edilsin. Klub oyunların 50%-də iştirak etdiyinə görə, klubun iştirakilə keçiriləcək növbəti matçlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilsin".
Fanat.az