Tərlan Əhmədov "İnter"lə oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, AZAL-ın baş məşqçisi heyətdə problemlərin olduğunu deyib:
“Açığı, oyunun ağır keçəcəyini bilirdik. Birinci hissədə biz qol vurmağımıza baxmayaraq, sönük oynadıq. İkinci hissədə isə imkanlarımız oldu. Məni yandıran odu ki, hesabda öndə olduğumuz oyunlarda sonradan qol buraxıb, xallar itiririk. Heyətdə müəyyən problemlər var. Rəşad Abdullayev xəstə idi, Novruz Məmmədov cəzalı duruma düşmüşdü. Buna görə də müəyyən dəyişiklik etməli oldum. Qarşıda bizi “Neftçi” ilə çətin oyun gözləyir. Həmin matça hazırlaşmalıyıq. Oyundan sonra müəyyən insident oldu. Amma orada da yekunlaşdı. Bir dəfə “Neftçi”nin heyətində səfər matçında idik. Çox sayda azarkeş bizə hücum çəkdi. Çətinliklə soyunub-geyinmə otağına getdik. İndi isə belə hallar yoxdu”.
Fanat.az