Georgi Çixradze "Sumqayıt"la oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az PFL-in saytına istinadən xəbər verir ki, "Simurq"un baş məşqçisi şanslarından yararlana bilmədiklərini deyib:
"Sürətli oyun oldu. Komandalar mübarizə apardılar. Bizim problem o idi ki, şanslardan istifadə edə bilmədik. Düzdü, qol buraxdıqdan sonra hesabı bərabərləşdirə bildik. Sadəcə, bərabərlik qolundan sonra nə qədər çalışsaq da, qələbə qolunu vura bilmədik".
Fanat.az