Son iki mövsümdür kirayəlik olaraq "Atletiko Madrid"də forma geyən Thibaut Courtouis gələn mövsümdə də ispan klubunda forma geymək istədiyini söylədi.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı qapıçı Twitter hesabında "Burada bir il daha qalaraq sizlərlə birlikdə olmaq istəyirəm. Tərəfdarın mövsüm boyu dəstəyinə görə təşəkkür edirəm", yazıb.
İdman24.az