Hazırda “Neftçi”nin baş məşqçisi funksiyasını yerinə yetirən Tərlan Əhmədov paytaxt klubunun sükanı arxasına keçməsi üçün şans yaranıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi baş məşqçi olmaq üçün onun qarşısına şərt qoyub.
Belə ki, Tərlan Əhmədovun rəhbərliyi altında “ağ-qaralar” çempionatın ilk beş turunda yaxşı nəticələr qazana bilsə, o zaman gənc mütəxəssis baş məşqçi postuna rəsmən təyin olunacaq.
Maraq üçün bildirək ki, “Neftçi”ni ilk beş turda ardıcıl olaraq AZAL (evdə), “Rəvan” (səfərdə), “Simurq” (evdə), “Xəzər Lənkəran” (səfərdə) və “Bakı” (səfərdə) ilə oyunlar gözləyir.
Şübhəsiz ki, bu oyunlar arasında bakılıların əzəli rəqibi “Xəzər Lənkəran”la səfər matçının nəticəsi daha böyük önəm kəsb edəcək.
İdman24.az